Avtomobil kirayəsi zamanı nələrə diqqət etməli?

Avtomobil kirayəsi zamanı nələrə diqqət etməli?

Artıq son zamanlar avtomobillə səyahət hər kəsin həyatında yer alır. Əlbətdə öz maşınınızda səyahət etmək çox rahatdır, insan özünü evdəki kimi hiss edir və digər nəqliyyat vasitələri ilə müqayisədə də öz rahatlığını göstərə bilir. Lakin hər səyahəti də öz maşınınızla etmək bir o qədər də mümkün və əlverişli olmur. Məsələn düşünün ki, siz uzun bir yol getməlisiz və bu yol üçün yol xərcləri, yol yorğunluğu sizi necə də yora bilər. Və bəzən də qatar, təyyarə və s nəqliyyat vasitələrində daha uyğun qiymətlərlə rastlaşa  bilirik.

Əlbətdəki uzun bir yol qət edib səyahət edəcəyiniz yerə çatarkən qatardan, təyyarədən düşdükdə insan taksi sürücüsü ilə qiymət danışmaq və ya ümumi istifadə üçün olan transportun axtarışını etməkdənsə özünün idarəedəcəyi bir maşına əyləşib lazım olan məntəqəyə çatmaq istəyir. Və ya başqa şəhərdə belə istirahət etdiyində ekskursiya maşınları və ya şəxsi adamların maşınlarının arxasınca qaçmaq əvəzinə özü idarə etdiyi avtomobilinə minib istədiyi yerləri gəzmək istəyir.

Rent a Car Baku. Прокат Автомобилей Баку. Avtomobil icaresi

Belə hallarda insanın köməyinə avtomobil kirayə xidməti çatır.  Avtomobil kirayəsi şirkətinə müraciət edib istədiyiniz müddət üçün istədiyiniz avtomobili sifariş edə bilirsiniz. Əksər hallarda bu şirkətlərin aeroportlarda, avtovağzallarda və s. yerlədə şöbələri olur. Beləliklə də avtomobili rahatlıqla bir yerdə kirayə edib başqa bir yerdə də şirkətin filialına təhvil verə bilirsiniz. Bir qayda olaraq belə şirkətlərdə maşın seçimi də böyük olmalıdır. Sizin istəyinizdən asılı olaraq ekonomik maşınlardan başlamaqla lux maşınlara qədər seçim edə bilirsiniz.

Bəs ümumiyyətlə maşın kirayəsi zamanı büdcənizə Uyğun olaraq seçim etmək üçün hansı nüanslara diqqət yetirmək lazımdır?!

Depozit. Avomobilin kirayəsi zamanı kirayə ödənişindən başqa əksər hallarda sizdən depozit ödənişi də tələb edilir. Bu ödəniş avtomobil kirayəsi şirkəti  maşın zədələndiyi halda və ya siz şərtləri pozduğunuz zamanda girov məqsədilə sizdən öncədən alır. Depozit üçün götürülən ödəniş müraciət etdiyiniz şirkətin daxili qaydalarına uyğun olaraq fərqli ola bilər. Bu adətən sizin kirayə götürəcəyiniz maşının dəyərindən asılı olaraq dəyişir.

Sığorta. Əksər hallarda avtomobil kirayəsi zamanı sığortanın ödəyəcəyiniz qiymətə  daxil olduğu qeyd edilir. Praktik olaraq çox zaman avtomobil kirayəsi şirkətləri bu avtomobili minimal paketlə sığorta etdirir. Ümumiyyətlə onu da qeyd edək ki, maşının sığorta ödənişi onun qiymətindən asılı olaraq dəyişir. Özəlliklə sığorta haqqında ödəniləcək ödəniş barəsində ətraflı məlumat əldə edin. Bütün detalları gözdən keçirin. Məsələn: sizin kirayə etdiyiniz avtomobil minimal paket üzrə 5000 azn qiymətə sığortalanıb. Siz bu avtomobildən istifadəniz zamanı hər hansı bir yol qəzasına uğrayıb bu avtomobilə 7000 azn lik bir zərər yetirdiniz. Bu zaman bu zərərin cəmi 5000 azn sığorta şirkəti tərəfindən ödənilir. Yerdə qalan 2000 azn isə çox böyük ehtimal ki sizin depozit məbləğinizdən tutulacaq. Və nəticə olaraq sizin büdcənizə ziyan olacaq.

Adətən sənədləşmə zamanı şirkət sizə sığortanın tam olmadığı barədə xəbərdarlıq edir və sizə kasko sığorta təklif edir. Lakin siz nəzər almalısınız ki, kasko sığortanın qiyməti bir o qədər də münasib deyil və yekun olaraq siz daha çox ödəniş etmiş olursunuz. Bu səbəbdən də büdcənizi nəzərə alaraq seçiminizi diqqətlə edin.

Sürmə məhdudiyyəti.  Bəzi şirkətlərdə avtomobil kirayəsi zamanı günlük sürmə məhdudiyyəti qoyulur. Və siz bu limiti aşdığınız zaman avtomobili təhvil verdiyinizdə  sizə əlavə cərimə ödənişlər tətbiq oluna bilər. Düzdür, günümüzdə bu şərtlərlə işləyən şirkətlər azdır. Amma yenə də avtomobil kirayə etdiyinizdə belə bir şərtlərin olub olmadığına diqqət yetirin.

Daha bir vacib məqam. Siz avtomobil kirayə etdiyiniz şirkətdə maşını bir yerdə sifariş edib digər yerdə təhvil verə imkanınız var. Məsələn siz bir şəhərdə səyahətiniz başlayıb digər şəhərlərə keçid etməyi planlaşıdırırsınız. Və sizin müraciət etdiyiniz avtomobil kirayəsi şirkətinin son səyahət etdiyiniz şəhərdə də filialı olduğunu öyrəndiyinizdə bu avtomobili rahatlıqla bu şəhərdə geri qaytarmaq istəyiniz ola bilər. Əksər avtomobil kirayə şirkətləri bu xidməti əlavə ödəniş müqabilində təklif edir. Ona görə bu məqamlara da diqqət etməniz uyğun olardı.

Cərimələrin tətbiqi.

Ümumiyylə avtomobilin kirayəsi zamanı tərtib edilən müqavilənin şərtləri ilə diqqətlə tanış olun. Çünki bu şərtlərdən hər hansını pozduğunuz halda sizə əlavə cərimə ödənişlər tətbiq oluna bilər. Məsələn maşında hər hansı bir hissəsini nasaz hala saldığınızda, maşını müqaviləyə uyğun olaraq vaxtından gec təhvil verdikdə və s.

2020-01-29T16:59:30+00:00
WhatsApp us