Belçikada Avtomobil Icarəsi Üçün 8 Məsləhət - R.A.M Car Rental Service

Belçikada Avtomobil Icarəsi Üçün 8 Məsləhət

Belçikada Avtomobil Icarəsi: 8 Məsləhət

Siz Belçikaya səfər etməyi planlaşdırırsız?!

Bu səfər zamanı öz avtomobilinizə sahib olmağınız bu ölkəni ürəyiniz istədiyi kimi səfər etmək üçün sizə daha da əlverişli bir seçim olardı. Beləliklə siz öz şokoladı,vaflisi, məşhur pivəsi ilə tanınan Belçika ölkəsini və eyni zamanda ona qonşu olan Fransa, Hollandiya kimi ölkələri də özünüzdə kəşf etmiş olacaqsınız.

avtomobil icaresi belçika

Səfər etməyə hazırsız?  İstərdik sizə getmədən öncə mütləq şəkildə bilməli olduğunuz bir neçə məsləhətlərimizi təqdim edək.

Belçikada avtomobil icarəsi üçün əsas məsləhətlər

Avtomobil rezervasiyasını öncədən edin

Uyğundur ki, avtomobil kirayəsini səfərdən öncə rezervasiya edəsiniz. Avropaya səfərdən öncə rezervasiya etməyiniz, əslində sizin lazım olduğundan artıq pul ödəyəcəyinizə zəmanət verəcəkdir.

Əksər böyük Avtomobil icarə şirkətləri ödənişiz şəkildə avtomobil rezervasiyasını təxirə salmaq imkanını verir. Bu səbəbdən də siz öncədən rezervasiya etmənizdə heç bir maneə yaranmır, əksinə sizə nə qədər öncədən bron etsəniz bir o qədər də rahatlıqla razılığa gələ bilərsiniz.

Avtomobil sürmə işləmini sağ tərəfdən edəcəksiniz

Avropa qitəsinin digər ölkələrində olduğu kimi Belçikada da insanlar avtomobillə sağ istiqamətdə hərəkət edirlər.

Beynəlxalq sürücülük vəsiqəsinə ehiyyac yoxdur

Bu ölkədə qısamüddətli səfər etdiyiniz zaman beynəlxalq sürücülük vəsiqəsi tələb olunmur.

Avtomobil icarəsi üçün ödənişi  avro ilə ödəyin

Səfər zamanı avtomobil icarəsi ödənişini dollar ilə ödəmək seçiminiz ola bilər, lakin bu seçim uzunmüddətli perspektivdə sizə daha baha başa gələ bilər. Siz ödənişi dollarda etmiş olsanız yerli icarə avtomobil şirkəti alış məbləğini sizin adınıza yerli valyutaya çevirib qəbul edəcəkdir. Lakin bu işləm sizə əlavə problemlər yarada bilər.

Səfər etməmişdən öncə mövcüd sığorta təminatınızı yoxlayın

Yola çıxmamışdan öncə sizin kredit kartınız üçün sizə xidmət göstərən şirkətlə əlaqə saxlayıb, xaricdə qəza sığortasına ehtiyyac duyulduğu hallarında xidmət göstərib göstərmədiklərini dəqiqləşdirin. Əgər sizin qəza sığortanız səfər etdiyiniz əhatə dairəsində qüvvədə deyilsə siz avtomobil icarəsi zamanı bu suğortanı ala bilərsiniz.

Belçika qanunlarına uyğun olaraq hər bir sürücün 3 cü şəxs qarşısında limitsiz məsuliyyət sığortası olmalıdır. Nəticə etibarilə məsuliyyət sığortası avtomatik olaraq bütün avtomobil icarələrinin qiymətinə daxil edilir.

Belçikada avtomobil icarəsi sığortasının üstünlüyü ondan ibarətdir ki, icarə zamanı siz avtomobil idarəsi zamanı başqalarına qarşı xəsarət, ölüm və ya əmlak ziyanından qorunmuş olursunuz.

Yol hərəkət qaydalarını bilməlisiniz

Belçikada maşın sürərkən prioritet sağdadır. Beləliklə, siz əsas yolda olsanız da, hər zaman yol sizin olamaya bilər. Hətta sağ tərəfdən yan küçələrdən çıxan avtomobillər üçün siz dayanmalısınız.

Brüsseldə maşın sürməyin

Əslində maşınla səfər etmək, Belçika kəndlərini və Bruges kimi kiçik şəhərləri araşdırmaq üçün əla bir seçimdir, ancaq Brüsseldə maşın sürməyiniz məsləhət olmazdı, çünki bura Avropanın ən çox tıxaclar olan şəhərlərindən hesab edilir.

Uyğun olardı ki, siz bu şəhəri gəzmək üçün taksi və ya metro nəqliyyatından istifadə edəsiniz və yalnız şəhəri tərk etdikdən sonra icarə avtomobilinizə dönüş edəsiniz.

Avtomobili təhvil alıb, istifadə etməmişdən öncə yoxlayın

Aydındır ki, sizə öz avtomobilinizdə səyahət etmək daha rahat gəlir. Lakin öz maşınızda və ya icarə avtomobildə səyahət etməyinizdən asılı olmayaraq bu avtomobildə sükan arxasına əyləşməmişdən öncə avtomobilinizdə hər hansı bir nazaslığın olub-olmamasını yoxlayın.

Avtomobil icarəsi zamanı avtomobilin vizual görünüşünü diqqətlə yoxlayıb şəkillərini tərtib etməyiniz məsləhət olardı. Əks halda siz bu problemləri öncədən sənədləşdirmədiyiniz halda avtomobildə olan bu problemlər üçün də ödəniş etməli olacaqsınız.

2020-02-20T10:57:12+00:00
WhatsApp us