SUV nədir?

SUV (Sport Utility Vehicle) Klas Avtomobillər

İldən-ilə avtosalon sahibləri daha universal xüsusiyyətlərə malik nəqliyyat vasitələrinə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, universallıq xüsusiyyətlərinə görə heç bir avtomobil SUV klas avtomobilləri kimi çox yönlülüyü özündə cəmləşdirmir.

Belə maşınlarda rahat, baxımlı şəhər küçələri ilə gəzə, təbiət qoynuna yüklü qoşqu ilə səfər edə, asfalt örtüyündən çıxıb qeyri düz yollarda hərərkəti rahat şəkildə edə bilərsiniz. Eyni zamanda ailənizi geniş bir kabinəyə asanlıqla yerləşdirə bilərsiniz. Bir sözlə SUV sinif avtomobillər aktiv həyatı tərzi üçün yaradılmışdır.

Sport Utility Vehicle klas avtomobillində universallıq etalonu

Mövcud avtomobil sənayesində hansı model avtomobillərin SUV təsnifatını aldığını daha dəqiq təsəvvür etmək üçün bu avtomobillərin xüsusiyyətlərinə istinad etmək lazımdır. SUV avtomobilləri özündə bir neçə dəyərli xüsusiyyətləri birləşdirir. İlk növbədə onlar ağır yükləri, o cümlədən qoşquları asanlıqla daşınmağa, habelə xoş sürücülük dinamikasını yaratmağa imkan verən güclü bir mühərrikə sahibdirlər. Buna baxmayaraq SUV avtomobillərinin salon konfortu minik avtomobillərindən heç də geri qalmır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, SUV klas avtomobil geniş bir açıqlığa ve rahat şəkildə off-road fəth etmək üçün yaxşı bir potensiala sahip avtomobildir.
Bu tip xüsusiyyətlər ona ideal yollardan fərqli olaraq müxtəlif maneələrə malik yol hissələrində sərbəst hərəkət etməyə və eyni zamanda şəhər küçələrində asanlıqla irəliləyərək minik avtomobillərini rahatlıqla ötmək imkanı verir.

Son 15 ildə nəticələr göstərir ki, bir çox Avropa və Amerika ailələri məhz SUV klas avtomobillərinə üstünlük verməyə başlamışdır.
Bu məhşurluğun səbəbi 3-5 nəfərlik bir avtomobilin çox funksiyalı universal olması ilə bərabər yüksək təhlükəsizlik səviyyəsinə malik olmasıdır.

Ən məşhur çox funksiyalı universal avtomobillərdən bir neçəsi

SUV klas avtomobillərin ən parlaq bir neçə nümunələrini sizə təqdim etməklə sürücülük performansı, rahatlığı və etibarlılığı sayəsində Sport Utility Vehicle adlandırılan avtomobillərini aydın şəkildə təqdim etməyə kömək edəcəkdir.

Volkswagen Touareg avtomobili. 4795 mm uzunluq və 201 mm boşluqda olan bu avtomobil SUV avtomobil sevərlərinin diqqətini çəkmişdir. 5 nəfərlik salona malik bu avtomobillər Almaniyanın keyfiyyətli material və yaxşı hazırlanmış erqonomikası ilə diqqəti çəkməyi bacarmışdır. Bir çox kələ-kötür yolların öhdəsindən çətinlik çəkmədən rahatlıqla gələn Touareg yüksək səviyyədə rahatlığı ilə də təəssürat yaradır.

Bu avtomobilin genişliyə malik olmasını rahatlıqla qeyd edə bilərik. Almaniyanın çoxfunksiyalı universal bu avtomobili 580 l həcmli gövdəyə, hətta arxa oturacaqları yığdığımızda 1642 l həcmə malik ola bilir. İstehsalçı Touareg avtomobilinin gələcək sahiblərinə həm benzin, həm də dizel mühərrikləri seçimini təklif edir. Üstəlik, bütün mühərriklər 8 diapazonlu avtomatik ötürücü qutuda birləşir. 4 təkərli idarəetmə funksionallığı bütün əsas versiyalarda mövcuddur.

Subaru Outback avtomobili. Yapon avtomobil sənayesinin bu məhsulu imtina edilməyəcək önəmli xüsusiyyətlərə malik olmaqla, yüksək keyfiyyətli bitirmə ilə rahat bir interyerə malikdir. Bu avtomobil 249 litr tutumdan zövq almağa imkan verən 3,6 litrlik 6 silindrli mühərriklə təchiz edilmişdir.

5 pilləli avtomatik transmissiya ilə tamamlanan belə bir qurğu Outback’i 7.5 s d100 km / saat sürətinə sürətləndirməyə qadirdir. Belə bir komfort üçün Subaru avtomobili hər yüz yola 10,6 litr yanacaq sərfiyyatı edər.

Audi Q5 avtomobili. Bu Alman universal avtomobili keyfiyyətdən başqa əyri yollarda arxayın şəkildə hərəkət etmək üçün əlverişli seçimdir. Audi Q5 nəzərə çarpan, diqqəti cəlb edəcək idman xüsusiyyətinə malikdir. Avtomobil dinamika və dəqiq idarəetməni sevənlər üçün bir seçimdir. Salon Q5, parlaq, inqilabi dizayn həllərinə sahib olmasa da, sahibi üçün rahat və komfortlu bir mühiti canlandırır.

Audi Q5-nin gövdəsi 540 litrə qədər yük saxlamağa qadirdir. Alman keyfiyyətinə dəyər verən insanlar üçün çoxfunksiyalı bu Audi Q5 universal avtomobili fərqli komplektasiyalarda əlçatandır: 177 l/s mühərrikli ekonom dizeldən 100 km / saat 5,9 saniyə ərzində surət yığımına malik yeni V şəkilli aqreqatlı benzin komplektasıyasına kimi.

Günümüzdə Sport Utility Vehicle klas avtomobillərinə olan tələbat

Çoxfunksiyalı bu universal avtomobillər daim inkişafa doğru irəliləyir. Elə bu səbəbdən də Sport Utility Vehicle tipli avtomobil həvəskarları üçün seçim etmək zamanla daha asan olur.
Ölkəmizdə də bu avtomobil növü həvəskarları, bu avtomobil növünə üstünlük verən sürücülərin sayı çoxluq təşkil edir. Tələbatdan asılı olaraq avtosalonlarda bu avtomobil satışına üstünlük verilir.

2020-04-02T14:29:27+00:00
WhatsApp us